Trampın “gəlinciyi”: Keçmiş model Ağ Evin yeni sözçüsü ola bilər | FOTOLAR
Uşaq vaxtı Elizabet fiqurlu konkisürmə ilə məşğul olub, yarışlarda iştirak edib. O, məşqlərini Trampa məxsus “Wollman Rink” buz meydançasında edərdi. Lakin 15 yaşına çatanda aldığı zədə səbəbindən idmandan uzaqlaşaraq, model karyerasını seçir.
Gənc qız model biznesində uğurla irəliləyir. Onun fotoları “Harper`s Bazaar”, “Grazia” kimi məşhur jurnallarda dərc olunurdu.
Yazdığına görə, həmin vaxt fotoqraflardan və model biznesində olan digər şəxslərdən çoxlu ədəbsiz təkliflər alırmış: “Yatmaq təklifini rədd etdiyim kişilər haqqımda cürbəcür sözlər danışırdılar”.
2016-cı ildə Elizabet prezident seçkisində Trampa dəstək vermək üçün aktiv şəkildə siyasətə qoşulur və onun qərargahında çalışmağa başlayır. O, Trampdan çox təsirləndiyini və böyük rəğbət bəslədiyini gizlətmir
Samir Quliyev
AzVision.az
Teqlər: Tramp Elizabet-Pipko